Azərbaycan fındığı 1930-cu illərdə, Zaqatala şəhərində ilk fındıq emalı zavodu tikildikdən sonra dünya bazarına çıxdı. Ata-Baba Azərbaycanın qədim fındıq növlərindən biridir. Yerli dildə, atadan-oğula keçən mənasını daşıyır. Bu özünə məxsus növ əsasən ölkənin şimal hissəsində yayılmışdır. Böyük Qafqaz Sıra Dağlarının cənub yamaclarında, Balakən-Qəbələ rayonları arasında yetişir.

Esder MMC

"Ata-Baba" çiçəkli bitki növüdür, boyu 1-4.2m olur. Kol kimi yetişir və meyvəsi top şəklindədir. Hər sapda 3-dən 6-ya, bəzən isə 1-dən 2-ə qədər fındıq topu olur. Fındığın orta çəkisi 2,5 qramdır, məhsuldarlığı 42%, yağlılığı 68,22% təşkil edir. Fındıq sentyabr ayında yetişir, hər koldan 15-16 kiloqram məhsul əldə etmək olur. Hətda Zaqatala bölgəsinda bəzi 11 yaşında olan kollardan 25 kiloqramadək fındıq toplanır.

Esder MMC

Fındıq avqust ayının sonunda yetişir və yerə düşməyə başlayır, lakin məhsul yığımı sentyabr ayındadır. Ənənəvi olaraq yığım zamanı ağaclar əl ilə də yumşaq bir şəkildə sirkələnir. Fındıq yığıldıqdan sonra təmizlənir və təxminən 15 gün qurudulur. Sonra yaxşı meyvələr, deformasiyaya uğramış və ya həddindən artıq kiçik olanlardan ayrılır. Dayanıqlı qabığı sayəsində fındıq ləpəsi yaxşı qorunur. Üstəlik, fındıq qabığı yanacaq kimi də istifadə olunur.

Esder MMC

Esder MMC ilə tanış olun

SİZƏ XİDMƏT ETMƏKDƏN MƏMNUNUQ

“ESDER” Məhdud Məsuliyyətli Cəmiyyəti 22 sentyabr 2008-ci ildə hüquqi şəxs kimi yaradılmışdır. Müəssisə Zaqatala şəhəri, Sahil küçəsi 14 ünvanında fəaliyyət göstərir. Müəssisənin illik istehsal gücü 2000-2500 ton, əsas istehsal sahəsi 1000 m2-dir. Lakin bu göstəricilər şirkət üçün başlanğıc hesab olunur. Məqsədimiz 2030-cu ilə qədər Azərbaycanda bir nömrə olmaqdır. Bundan əlavə, müəssisənin 250 m2 köməkçi istehsal sahəsi var. Mövsümi işçilərin sayı 100-150 nəfərdək artırılır. Əməkdaşlarımız fındıq ləpəsi istehsalı sahəsində peşəkar bilik və bacarıqlara malikdir. 2008-ci ildən məhsullarımız Almaniya, İtaliya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna və digər Aİ ölkələrinə ixrac edilir. Müəssisə 2015-2020-ci illər ərzində tamamilə yeni, müasir texnologiyalı avadanlıqlar quraşdıraraq istehsalat fabrikini (istehsalat zavodunu) yüksək səviyyədə yenidən formalaşdırmışdır.

Qiymət strategiyamız və təklif olunan qiymətlər:

Şirkətimiz, mövsümün ilk aylarından etibarən bazarda təklif və tələb balansı formalaşdıqdan sonra, istehsal gücünə görə real qiymət təklif edir. Məhsullarımızın qiyməti cari dövrün tələb-təklifinə uyğun olaraq formalaşır və özündə rəqabəti əks etdirir.

Kateqoriya :Doğranmış Fındıq 

Təsfir : Təbii fındıq ləpələrinin daha kiçik parçalara doğranması. maks 3% arzu olunan nəmlik səviyyəsi. 

Növü : Ata-Baba 

Mənşəyi: Azərbaycan 

Ölçüsü :0-2mm, 2-4mm, 4-6mm 

Qablaşdırma : 10-20-25 kq şəffaf polietilen vakuum torbalar, karton qutuda.

Kateqoriya : Qovrulmuş Fındıq 

Təsfir :İstilik tətbiqi ilə zəri təmizlənmiş, ağardılmış ləpə

Növü: Ata-Baba  

Mənşəyi: Azərbaycan

Ölçüsü : 9-11mm, 11-13mm, 13-15mm  

Qablaşdırma :10-20-25 kq şəffaf polietilen vakuum torbalar, karton qutuda.

Kateqoriya : Fındıq ləpəsi 

Təsfir : Qəhvəyi dəri ilə örtülü təbii ləpə  

Növü : Ata-Baba  

Mənşəyi: Azərbaycan

Ölçüsü : 9-11mm, 11-13mm, 13-15mm  

 Qablaşdırma : 20-30-40-50 kq polipropilen (PP)  kisə,

10-20-25 kq şəffaf polietilen vakuum torbalar, karton qutuda və 

1000 kq-lıq böyük kisələr 

Kateqoriya: Qabıqlı Fındıq

Təsfir : Ləpəni əhatə edən qabığı bütöv olan fındıq 

Növü : Ata-Baba 

Mənşəyi: Azərbaycan

Ölçüsü : 16mm+ 

Qablaşdırma : 20-30-40-50 kq polipropilen (PP) kisə və 1000 kq-lıq kisələr. 

ESDER MMC Fındıq Emalı Fabriki

İLKİN QULİYEV

+994552014899
Komandamız

Sizə yüksək səviyyəli xidmət göstərmək üçün burdayıq

İlkin

İlkin Guliyev

İcraçı Direktor
Ruslan

Ruslan Məhərrəmov

İxracat Müdiri
Tariel

Tariel Məhərrəmov

Maliyyə Direktoru
Ertolkun

Ertolkun Gayretullah

Şərq Ölkələri Üzrə Menecer
Əlaqə

Fikirləriniz və təklifləriniz bizim üçün çox önəmlidir.

İndi size daha yaxınıq