Qabıqlı Fındıq

Qurumaq üçün günəşə qoyulan fındıq xarici təbəqənin yaşıl rəngi qırmızıya dönüb, solana qədər qarışdırılmalıdır. Bundan sonra fındıqı qabıqdan xüsusi texnika vasitəsi ilə və ya əllə ayırmaq lazımdır. Yarpaqlarından ayrılmış, qabığı soyulmuş fındıq 3-5 mm qalınlığında nazik səth üzərinə yayılmalı və gün ərzində bir neçə dəfə qarışdırılaraq qurudulmalıdır.

  Haqqında və təsviri

 

Tozağacıkimilər fəsiləsinə aid olan fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla, dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ethiyacını 100 faiz ödəyir. Tərkibində isə xolesterin yoxdur. Fındıq ləpəsinin tərkibində olan yağın 96%-i insan üçün faydalı olan doymamış turşulardan – olein və linol turşularından təşkil olunub.Fındıq orqanizmə enerji verən, cinsi zəifliyi aradan qaldıran, orqanizmin müqavimətini artıran qida maddələrindən hesab edilir. Orqanizmin ümumi gücünü artırmaqla yanaşı,  fındıq yaddaşı möhkəmləndirmək, diqqət dağınıqlığını aradan qaldırmaq və hüceyrələrin yenilənməsinə səbəb olan meyvələrdən hesab edilir.

  • Kateqoriya: Qabıqlı Fındıq
  • Təsfir : Ləpəni əhatə edən qabığı bütöv olan fındıq 
  • Növü : Ata-Baba 
  • Mənşəyi: Azərbaycan
  • Ölçüsü : 16mm+ 
  • Qablaşdırma : 20-30-40-50 kq polipropilen (PP) kisə və 1000 kq-lıq kisələr. 

 

Sağlamlıq Faydaları

 

  • Ürək sağlamlığını artırır
  • Diabet xəstəliyini idarə etməyə kömək edir
  • Antioksidantlarla zəngindir
  • Beyni(Yaddaşı) gücləndirir
  • Xərçəngin qarşısını alır
  • Piylənmə ilə mübarizə aparır
  • Dəri və Saçların sağlamlığına kömək edir