Fındıq qədimdən bəri öz şəfa edici xüsusiyyətləri ilə məşhurdur. Fosfor və kaliumun miqdarına görə onların tayı-bərabəri yoxdur. Meyvəsi ilə yanaşı hətta qabıq və yarpaqları da müalicə əhəmiyyətlidir.
Fındıq özünün dadlılığına görə yeyinti sənayesində geniş istifadə olunur. Fındıq insan üçün enerji mənbəyidir .100 qram fındıq ləpəsi 639 kkal enerjiyə malikdir. Fındıq – tam və xırda, qızardılmış və qovurulmuş halda – konfet, şokolad, müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur.